Məslək və amal birliyi olmadan iş birliyi ola bilməz. Məslək də, amal da hər bir kəsin öz içindən, soyundan, kökündən gəlir. Bu, təbiətdə də belədir, cəmiyyətdə də.
Daima həyatdan, yaşadığı və inkişaf etdiyi ictimai mühitdən bəhrələnən, qida mənbəini alan ədəbiyyatda məslək və amal məsələsi canlı bir orqanizmin fəqərə sütunudur. Çünki ədəbiyyatın başlıca qayəsi insanlarda ədəb, mənəviyyat, əxlaq tərbiyə etməkdir. O ədəbiyyat da əxlaq və mənəviyyat tərbiyə edir ki, onun məsləki və amalı bəşəri məslək və amaldır. Məslək və amalı olmayan bir şəxs cəmiyyətdə artıq adama çevrilərək ayaqlarda süründüyütək,məramsız, məslək və amalsız ədəbiyyat da milli mənəvi dəyərlərdən uzaq, sima və şəkli olmayan bir ədəbiyyata çevrilər. Ona görə də hər bir kəs sözündən və yazısından tanındığı kimi, hər bir xalq da ədəbiyyatından, geniş anlamda fikir və düşüncəsindən tanınır. Bu səbəbdən ədəbiyyat xalqın və zamanın mənəvi kimliyidir.
Amma təssüflər olsun ki, tarix boyu bir ictimai,siyasi quruluş başqa bir ictimai, siyasi quruluşla əvəzlənəndə bir çox hallarda, yalnız tarixi şəxsiyyətlərin rolu ön plana çıxarılır, kütlənin, onun həyat və düşüncəsinin canlı aynası olan ədəbiyyat arxa plana keçırılır. Fikrimizcə, bu düzgün yanaşma metodu deyil. Çox da uzağa getməyək. Əgər XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Əli Bəy Hüseynzadə, Məhəmməd Hadi, Nəriman Nərimanov, Əhməd Cavad və digər böyük ədəbi və tarixi simalar yetişməsəydi, 1918-ci ildə Şərqin ilk demokratik Cümhuriyyəti olan Azərbaycan Demokratik Cümhuriyyəti də müəyyən mənada çətin gerçəkləşərdi. Yaxud da XIX əsrin sonu və XX yüzilliyin əvvəllərində Osmanlı Türkiyəsində bir çox ədəbi və tarixi simalar, o cümlədən Namiq Kamal, Əbdülhalq Hamid, Tofiq Fikrət, Rza Tofiq, Mehmet Əmin Yurdaqul, Mehmet Akif Ərsoy, Mithat Cəmal Kuntay... və digərləri yetişməsəydi, Mustafa Kamal Paşanın da, çağdaş Türkiyə Cümhuriyyətinin də meydana gəlməsi gecikə bilərdi. Bu məqamda Türkiyə ədəbiyyatı tarixində mövcud olan bir ədəbitarixi hadisəni xatırlatmaq zorun-dayıq:
1877-1878-ci illərdə Osmanlı-rus savaşı dönəmində ünlü şair Namiq Kamal yazmışdı.
Vətənin bağrına düşmən dayamış xəncərini,
Yox imiş qurtaracaq bəxtı qara madərini.
Mustafa Kamal bu beyti tarixə və zamana uyğunlaşdıraraq türk gəncliyinə, türk xalqına müraciətlə:
Vətənin bağrina düşmən dayasın xəncərini
Bulunur qurtaracaq bəxti qara madərini. (5.27)
demişdir.
Təkcə bu fakt göstərir ki, Mustafa Kamal Paşa ədəbiyyata, öz milli-mənəvi dəyərlərinə mükəmməl yiyələnməsəydi, ona zamanında sahib çıxmasaydı, o dvyərlərə arxalanmasaydı, bəlkə də, əhv edərsiniz, Mustafa Kamal Paşa olmazdı.
Böyük türk şairi, türk istiqlal marşının yazarı Mehmet Akif Ərsoyun gözəl bir fikri var. “Ədəbiyyatın kökü ədəbdir. ...Ədəbsizliyin başlandığı yerdə ədəbiyyat bitər”. (7.2)
Qardaş Türkiyə ədəbiyyatından fərqli olaraq Azərbaycan ədəbiyyatı bütün XX əsr boyu bir çox sıxıntılara uğraşmış, təməlsiz, özülsüz bolşevik ideologiya-sının sarsıntılarını yaşamış, acılarını çəkmişdir. Buna görə də eyni məmlvkvtdə, eyni ideologiyada yaşayıb yaradan şair və yazıçılar içərisində həm bolşevik ideologiyasının tvbliğatçıları, hvm dv böyük məslək və amal ideologiyası olan Azvrbaycançılıq, türkçülük təməlindən qaynaqlanan və onları bəzən pərdəli, bəzən də pərdəsiz şəkildə tərənnüm edən Hüseyn Cavidlvr, Əhməd Cavadlar, Bəxtiyar Vahabzadələr, Xəlil Rzalar, Məmməd Arazlar yetişib fəaliyyət göstərirdilər. Necə deyərlər, adlarını çəkdiyimiz bu şairlər “din içərisində din bəsləyən” ədəbiyyatın mürsidləri idilər ki, onlar ədəbiyyatın sağlam mənada, yön vv istiqamətini dəyişməyə müvəffəq oldular.
Yaradıcılığa, əsasən ikinci cahan savaşı zamanı başlayan Bəxtiyar Vahabzadə ədəbiyyata böyük ideallar şairi kimi gəldi. İlk şeirlərindən milli demokrat C.Məmmədquluzadənin əsas amal və məsləkinin ifadəsi olan “Vətən”, “Dil” və “Milli məfkurə” məsvlələrini özünə əbədi amal seçən və bununla da gələcək ədəbi platformasını müəyyvnləşdirən bu şair “Mvn kiməm, soyum, köküm kimdir, haradan gəlib,hara gedirəm, amalı ilə ədəbiyyat və əbədiyyət yoluna çıxdı, nv qədər sıxıntılar, acılar çvksə də, bu amala, məslək və əqidəyə sonadək sadiq qaldı.
Bu, təbii bir haldır ki, böyük və amansız nvhrin axarının əksi istiqamətinə üzmək çox çətin və təhlükəlidir. Bunu yalniz böyük və məğlubedilməz həyat eşqi ilə yaşayanlar, milli və bəşəri düşüncvyə sahiblənib onu mübarizə hədəfinə çevirvnlər edə bilərdi. B.Vahabzadv 1950-ci illvrdən başlayaraq bolşevik ideologiyasından yan keçərək vdəbiyyata xalqının dərdini və acılarını gətirdi.
Ötən əsrin əllinci illərinin əvvəllərində (1953-cü il mart ayı) İ.V.Stalinin ölümü, sonra Stalin ideyasının sadiq əsgəri,Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırovun həbsi keçmiş sovetlər birliyinə daxil olan cümhuriyyətlərdən fərqli olaraq Azərbaycanda milli düşüncələrin, milli ziyalılığın formalaşmasına şərait yaratdı. Artıq ölkədə özünə, kimliyinə qayıdış prosesi getdikcə güclənməkdə idi. Bu oyanışa, demək olar ki, xalqımızın böyük yazarı, ictimai xadimi, düşüncə adamı Mirzə İbrahimov (1911-1993) başçılıq edirdi. O vaxt (1956-1958) Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan Mirzə İbrahimov 1956-cı ilin avqustunda xüsusi olaraq “Dövlət dili haqqında” qanun qəbul etdi. Bu qanun Azərbaycanın başkəndi Bakıda və digər bölgələrindəki rəsmi dövlət idarələrində hökm sürən rus dilinə ehtiraz əlaməti olaraq meydana gəlmişdi. Ölkədə rus şovinizminə, bolşevik ideologiyasına qarşı kəskin bir etiraz baş qaldırmışdır. Bu qanunun davamı kimi 1959-cu ildə Azərbaycanda fəaliyyət göstərən rus məktəblərində Azərbaycan dilinin də tədrisi ilə bağlı Azərbaycan SSR Ali Soveti qanun qəbul etdi.
Azərbaycanda başlamış antisovet milli hərəkatı Bakıda, Sumqayıtda yayılan intibahlarda da öz əksini tapmışdır. İntibahların birində deyilirdi: “Əgər Bakı nefti Rusiyaya daşınmasa, biz milyonçu olarıq. ...Rusiyadan xilas olun. Qorxmayın ! Yaşasın Türkiyə !” Təbii ki, belə bir milli xarakterli addımlar o vaxtkı Moskva rəhbərliyini razı salmadı.(4.115)
Xalqın rus imperiyasına qarşı artmaqda olan qəzvbi vdəbiyyatda da öz əksini tapmaqda idi. Elə bu oyanışın sərt dalğası kimi B.Vahabzadv 1954 –cü ilin noyabrında məşhur “Ana dili” şerini yazdı. Bu şeir vasıtəsi ilə şair, demək olar ki, yaradıcılıq yolunun məslək və yönünü müəyyənləşdirdi.. Daha doğrusu, B.Vahabzadəni bir şair-vətəndaş kimi tvsdiqləyən “Gilastan” poemasına gedən yol “Ana dili” şerindən başlandı.
“Ana dili” şerində şair öz dilinə biganə olanlara, ana südünə, ana laylasına xor baxaraq yad dildə danışanlara qarşı çıxaraq xatırladırdı ki :
Bu dil bizim ruhumuz, eşqimiz,canımızdır
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
... Ey öz doğma dilində danışmağı ar bilən
Bunu iftixar bilən.
Modalı ədəbazlar.
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Qoy onlar mənim olsun
Ancaq Vətən çörəyi
Bir də ana ürəyi
Sizlərə qənim olsun. (2.8,9)
Əlbəttə, vaxtında yazılmış bu şeir zamanın və mövcud bolşevik şovinist ideologiyasının üzünə çırpılan sərt sillə idi.
Çox zamanlar sonra -- 1987-ci ildə X.Rza da doğma dilə biganələrə, vəzifə dəllallarına qarşı çıxaraq “Könlümə şeir düşüb” dastançasında yazacaqdı:
Yad məktəbdə Sabirə, Füzuliyə1
tamarzı
“Papa” deyən balanız
Öz dilini bilmədən...ən ali məclislərdə
rusca dızıldanmanız
“Bizə vız gəliyor, vız ...” 2 (6.237)
B.Vahabzadə 1967-ci ilin aprelində yazdığı məşhur “Latın dili” şerində də ana dili məsələsini ön plana çəkir. Şerin əsas qayəsi bu idi ki, xalqlar var tarix səhifəsindən silinib, amma onların dili yaşayır. Məsələn, latın dili. Bu dili yaradan xalq bir xalq kimi yox olsa da, bu gün bu dil “həkimlərin, loğmanların, alimlərin” dilidir.
Kim deyir ki, ölüdü bu ? !
Ölülərin dili deyil,
Dahilərin dilidir bu – (2.304)
deyən şair əsas mətləb üstə gəlir: “Xalqlar da var bu gün yaşayır, amma dilləri ölü dillər sırasındadır”:
Sən dərdə bax –
Vətən də var,
Millət də var,
Ancaq onun dili yoxdur... (2.305)
Bu, əsl XX əsrin böyük faciəsi idi.
B.Vahabzadənin “Gülüstan” poemasını məhz 50-ci illərin axırında – 1959- cu ildə yazması təsadüfi deyildir. Poema 50-ci illərin milli oyanışın güclü dalğaları qoynunda meydana gəldi ...
Bu poema gizli yolla əvvəlcə “Şəki fəhləsi” adlı ilçə qəzetində, sonralar isə milli oyanışın yeni mərhələsində --1988-ci ildə “Gənclik” dərgisinin 9-cu sayında kütləvi şəkildə işıq üzü gördü.
Poemanın adı Azərbaycanı bir dövlət kimi ikiyə parçalayan bədnam 1813- cü ilin oktyabr ayında Rus və İran dövlətləri arasında imzalanan “Gülüstan” anlaşmasından alınmışdir. ”Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səftər xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əzəz zatirəsinə” ithaf edilmiş poemada şair bu tarixi ədalətsizliyə qarşı çıxaraq çox kəskin şəkildə etirazını bildirdi.
Bir deyən olmadı,durun ağalar !
Axı bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri.
Bəs hanı bu yurdun öz sahibləri?! (3.77)
Əlbəttə, bu etiraz təkcə bir şair fərdiyyətinin, şair məninin etirazı deyildi. Bu etiraz bütövlükdə 50 milyonluq Azərbaycan xalqının etirazı idi. Bəxtiyar Vahabzadə bu poeması ilə, qeyd etdiyimiz kimi Azvrbaycan milli məfkürəsi tarixində M.Cəlildən, M.Ə.Sabirdən, Ə.Hüseynzadvdən, H.Caviddən ... sonra ikinci dəfə cəsarətli bir addım atdi. Və bununla da özündən sonrakı Azərbaycan poeziyasına məfkurə baxımından yeni yön və istiqamət verdi.
60-cı illərdə yaradıcılığının geniş bir məhəlləsinə başlayan xüsusilə Xəlil Rzanın və Məmməd Arazın yaradıcılığında özünü yüksək sənət səviyyəsində təsdiq edən bu oyanış çox cəsarətli şvkildə yeni bir inkişaf yoluna qədəm qoydu. 1960-cı ildə X.Rza məşhur “Apardı sellər Saranı” adlı şerini yazdı. Bu şeir, demək olar ki,”Gülüstan” poemasının məntiqi və məfkurə baxımından davamı idi. X.Rza şeirdə qədim “Arpaçay əfsanəsini” deyil, Azərbaycan qızı Saranın faciəsinin fonunda Azərbaycanın dərdini dilə gətirdi. Şair üçün Sara bütöv Azərbaycandır. Saranın faciəsi Azərbaycanın facivsidir. Ona görə də şair Arpa çayın simasında Azərbaycanın üstünə atılan böhtana qarşı çıxaraq yazırdı:
Yox, bunu görməyin Arpa çayından
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı. (6.11)
Tarixən Azərbaycanın başına gələn bəlalara drijorluq edən iki qüvvə -- “Şahənşah bağı” və “Qış sarayı” müxtəlif bədii epitetlər,təsvirlər vasitəsi ilə daima ikrahla yad edilir. Əgər B.Vahabzadə “Gülüstan” pemasında bu iki idbar qüvvəyə işarə edərək:
Min ləkə vurdular şərəfimizə,
Verdik,sahibimiz yenə “ver” dedi.
Lap yaxşı eyləyib, doğrudan bizə
Biri “baran”3 dedi, biri “xər”4 dedi (3.79)
yazırdısa, X.Rza
Bir yanda Şahənşah, bir yanda da çar
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə bağladı onlar
Böyük bir millətin yaralarını, -- deyirdi (6.11)
Yaxud da B.Vahabzadə:
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldirdi,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın – (3.76)
tarixi gerçəkliyi deyirdisə, X.Rza
Kəsildi bağlarda bülbülün səsi
Yad atlar tapdadı bağı, bostanı.
Yazıldı “Gülüstan” müqaviləsi.
Pozuldu yurdumun min gülüstanı – (6.11)
yazırdı.
60-cı illərdə təkcə Azərbaycan ədəbiyyatında deyil, keçmiş sovetlər birliyi və həmçinin dünya ədəbiyyatında bir oyanış, dirçəliş dövrü başlamışdı. Bu illərin oyanışı həm kifayət qədər ədəbi təcrübəsi olan yaşlı və orta nəslin, həm də ədəbiyyata yenicə gəlməkdə olan gənc nəslin yaradıcılığında özünü göstərməkdə idi. Özünə qayıdış, milli özünü dərkə doğru başlamış bu ictimai və ədəbi prosesin öncüllərindən biri məhz X.Rza idi. X.Rza bəzi məqamlarda üsyanın və milli etirazın son həddinə çatırdı. Təkcə onun “Ədəbiyyat vəincəsənət”qəzetinin 24 dekabr 1960-cı il tarixli sayında dərc edilmiş “Afrikanın səsi” şeri yeni dövrün və zamanın ədəbi prosesinin platforması idi:
Bu şeirlə X.Rza zahirən mərhumiyyətlər içərisində yaşayan və sümürügəclərə qarşı zaman-zaman mübarizə aparan Afrika xalqının, əslində isə bolşevik - sovet ideologiyası altında əzilən Azərbaycan xalqının amal və istəyini haykırırdı:
Azadlığı istəmirəm qram-qram.
Qolumdakı zəncirləri qıram gərək !
Qı-ram !
Qı-ram !
Qı-ram !
Azadlığı istəmirəm bir həb kimi,
dərman kimi,
stəyirəm Günəş kimi !
Səma kimi !
Cahan kimi !
Çəkil ! Çəkil ! Ey qəsbkar !
Mən bu əsrin gur səsiyəm.
Gərək deyil sısqa bulaq !
Mən ümmanlar təşnəsiyəm...
Təbii ki, belə bir ictimai, ədəbi otmosferin ilkin sədaları göstərirdi ki, zor və dəhşətlər üzərində qurulan sovet-bolşevik imperiyası gec-tez məhvə məhkum-dur.Çünki azad düşüncəni, azad məfukərini heç bir güc və təzyiq altında saxlamaq olmaz. Həyatin və zamanın dəyişməz qanunları bu həqiqəti sübut etdi.
Bununla belə sələfləri X.Şirvani (1126-1199), İ.Nəsimi (1369-1417) C.Məmməquluzadə, M.Ə.Sabir, H.Cavid, Ə.Hüseynzadənin məfkurəsinə yiyələ-nərək ədəbiyyata amallar və cəsarət şairi kimi gələn B.Vahabzadə də. Amma o da Azər-baycanın çörəyini yeyib, sərvətini soran sümürgəçlərindən, mənfur ideologiyanın nökərlərindən də bəzi məqamlarda ehtiyat etməyə bilmirdi.Lakin buna baxmayaraq totalitar rejimdə hər misrası, hər addımı izlənildiyi bir vaxtda belə B.Vahabzadə yenə dv amal və məsləkinə sadiq qalmış, bir sıra şairlərin sözünü deyəcəyi istinad nöqtəsinə çevrilmişdir. Belə şairlərdən biri də adını B.Vahabzadə ilə yanaşı çəkdiyimiz sənət və məslək dostu X.Rza idi. X.Rza B.Vahabzadəni bir növ, özünə pərdə tutarak cəmiyyətə, xalqa sözünü deyirdi. Onun 1986-cı ildə qələmə aldığı “İki şairin söhbəti” şeiri bu cəhətdən diqqətə layiqdir.
Oxucu burada zahirən iki obrazla – B.Vahabzadə və X.Rza obrazları ilə qarşılaşır. Əslində bu şeirdə B.Vahabzadə bir ünvan, bir istiqamətdir.
Yalvarıram, Xəlil Rza,
sirr qalsın öz aramızda. M
ən qorxuram kəmfürsətdən,
Mən qorxuram minsifvtdən.
Mən qorxuram vəzifəyə
Cəld dirmaşan şeirbazdan.
Moskvada, ya Bakıda bütün dəlmə-deşiklvrə
girib -çıxan şöhrətbazdan... (6.93)
Şairə görə bu ifadələr artıq səksəkəli bir ömür yaşayan, amma milli düşüncənin, milli oyanışın önündə dayanan B.Vahabzadənin etirafıdır. Şair özü də sonralardan – 1995-ci ilin yanvarında yazdığı “Qürüb düşüncələri” şerində bu həqiqvti etiraf edəcəkdi:
Bu dünyadan nə anladim,
bu dünyaya nə verdim,
Cəsarəti itirdim.
Tək ehtiyat qazandım. (2.225)
Bu təkcə B.Vahabzadənin etirafı deyildir. B.Vahabzadə nəsildaşlarından bir şoxlarının etirafı idi.Unutmayaq ki, vdvbiyyata bir üsyan qasırğası kimi gələn X.Rza da 1982-ci ildə yazdığı “Qorx !, Qorxma !“ adlı şeirində özü dv etiraf edirdi:
Mən qorxuyla qorxusuzluq arasinda yaşayiram,
Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram. (7.483)
Amma X.Rza bu təskinləşdirici, ehtiyatlı fikirləri bir şair məniylə bəzən qəbul etmək istəmədiyindən
- Mən qorxmuram, vziz şair Vahabzadv,
Mən əynimə kəfən geyib atılmışam bu meydana.
... Sən qorxursan, sənin qorxun mənimçün dərd,
Qorxa-qorxa yaşadıq ki, bu günə qaldı məmləkət – (6.93)
deyirdi:
Əlbəttə, bu, böyük bir ittiham və tarixi gerçəklik idi. “Qorxa-qorxa yaşadıq ki...” “Gülüstan”, “Türkmənçay” kimi bədnam müqavilələrlə Azərbaycanı parçaladı-lar, onun başına min bəla açdılar. Və bu gün o mənfur tarixi siyasətin davamı kimi dünyanın ən ədalətsiz və əxlaqsız oyunu olan Dağlıq Qarabağ olayını gündəmə gətirdilər...
Mənim də çox sevdiyim Türkiyənin milli şairlərindən olan Mehmet Emin Yurdakul (1869-1944) ünlü bir şerində - “Bırak beni haykirayım” -- deyir:
Bırak beni haykırayım, susarsam sen matem et.
Unutma ki, şairləri haykırmayan bir millət
Sevenləri toprak olmuş öksüz çocuk gibidir. (1.263)
Bu, həqiqətən belədir. Millətin, Vətənin sahibi onun həm də şairləridir, yazıçılarıdır, fikir və düşüncə adamlarıdır. Onlar millətin ağrıları, vətənin sızlayan yaraları, həm də o ağrılara və yaralara məlhəm olan bir Tanrı illacıdırlar. B.Vahabzadə, X.Rza, M.Araz kimi şairlər məhz Azərbaycan poeziyasının ən həssas və ağrılı nöqtələridirlər.
X.Rza yuxarıda adını çəkdiyimiz və bir parçasını da örnək verdiyimiz şeirindv B.Vahabzadəyə işarəylə “Sən qorxursan, sənin qorxun mənimçün dərd” deyəndən iki il sonra – 1988-ci ildə B.Vahabzadə bədnam sovetbolşevik ideologiyasının hökm sürdüyü illvrin acı təəssürüatının əksi sədası kimi “İki qorxu” adlı poemasını yazdı. Və bu poemada sanki gənc, vaxtilə universitetdə dərs dediyi tələbəsi X.Rzaya üz tutaraq deyirdi:
Sənə tanış deyil bu hal, ey cavan.
Qorxardıq doğmaca qardaşımızdan.
... O vaxt susardılar xeyirdə,şərdv.
İdrakı, vicdanı əzərdı şübhə,
O zaman evlərdə, idarələrdə
Qara kabus kimi gəzərdi şübhə.
... Odur ki, qorxardıq bir-birimizdən
Qorxu saçılardı gözlərimizdən. (3.257)
Xalqları və millətləri böyük bir qorxu kabusu altında saxlayan bolşevik -sovetlər birliyi dağılandan sonra Azərbaycan öz müstəqilliyini elan edən ilk respublikalardan biri oldu. Həmişə olduğu kimi, bu dövrün də öndə gedən şair-lərindən Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araz istiqlal şairləri kimi tarixə düşdülər.
Totalitar rejimdə Azərbaycan xalqının məruz qaldığı ən amansız təzyiqlərdən biri onu kökündən, milli düşüncə və varlığından uzaqlaşdırmaq cəhdi idi. Çünki bolşevik höküməti yaranandan türkə və türkçülüyə qarşı amansız mübarizə aparırdı. Elə buna görə də böyük türkçülük amalı ilə yaşayan və bu yolda hər cür mücadilə aparan Hüseyn Cavidlər, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Bəkir Çobanzadələr, Salman Mümtazlar və bir çoxları 1937-ci ildə ya qurğuşulandı, ya da Sibrə sürgün olunaraq məhv edildilər. Bütün bunlar ədəbi,elmi mühitdə bir xof, qorxu yaratdı.Türk adı, türk anlamı yasaq edildi. Amma bu sükunət buzunu qıranların önündə yenə də Bəxtiyar Vahabza-də və Xəlil Rza gedirdi.
B.Vahabzadə “Mən türkəm” şerində öz kökünü,soyunu dananlara qarşı çıxaraq yazırdı:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdvn hürkəm.
Svn kimsən,nəçısən – özün bilərsən
Mən ilk qaynağımda türk oğlu türkəm. (2.144)
X.Rza da eyni amal və məsləkdən çıxış edərək deyirdi:
Azərbaycan Türküyəm, bu soyun şah budağı.
Neçə-neçə eranın köksündədir qaynağı. (7.210)
Tərəddüd etmədvn demək olar ki, hər bir xalqın gerçək tarixçiləri o xalqın yetişdirdiyi böyük şair və yazarlarıdır. Azərbaycan xalqının son iki yüz illik tarixini adlarini çvkdiyimiz vv çəkmədiyimiz şairlərin yaradıcılığına müraciət etmədən yazmaq çətindir. Çünki bu şairlər təkcə tarixi gerçəkliyi deyil, eyni zamanda xalqın milli mənəvi yaddaşının tarixini yazmışlar. Bu yaddaş da nəsildən-nəsilə öz möhtəşəm gələnəyini qoruyub saxlamışdır.
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir ideal qardaşlığı nə idisə, XX əsrin sonunda Bəxtiyar Vahabzadə və Xəlil Rza məslək qardaşlığı da odur. Bu şairlərin yaradıcılığı həm sənətkarlıq, həm də amal baxımından bir bayrağın iki üzü kimi bir-birlərini tamamlayır.
Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümumimilli lideri, türk dünyasının böyük şəxsiyyəti Heydər Əli Rza oğlu Əliyevin məlum fərmanı ilə ilk dvfə olaraq Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlvrinə görə 1995-ci ildə üç böyük şairə -- Bəxtiyar Vahabzadəyə, ölümündən sonra Xəlil Rzaya və Məmməd Araza vətənin ən yüksək mükafatı olan “İstiqlal” ordeni verildi.
Nəticə olaraq demək istəyirəm ki, əgər 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Demokratik Cümhuriyyəti həm də özündən əvvəlki milli oyanışın təsdiqi idisə, bugünkü müstəqil Azərbaycan da 50-ci illərdən başlamış və 40 illik şərəfli mübarizə yolu keçmiş milli oyanış və dirçəlişin nəticəsi idi.